XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 August 2017 - 10:49

Rusiya ABŞ-a qarşı daha bir addım atdı –Amerika vətəndaşlarına viza verilməsindən imtina edilir

Rusiyanın ABŞ-dakı səfirliyi ştatının azaldılması barədə qərarından sonra Rusiyada Amerika vizalarının verilməsi üzrə imtinaların sayı xeyli artıb.

Bu barədə "The New York Tmes" nəşri yazıb. Nəşrin rəyinə görə, bu, səfirliyin bəzi funksiyalarını, xüsusilə viza verilməsini poza bilər. Viza verilməsi ilə məşğul olan şirkət əməkdaşı Şavkat Butayev bildirib ki, imtinaların sayı indidən artıb.

 "Heç vaxt belə şey olmayıb. Hər gün 50-60 adama rədd cavabı verirlər, onların əksəriyyəti gənc qadınlardır", – deyə Butayev bildirib /virtualaz.org.