XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

08 Aprel 2015 - 04:01

Hadı Rəcəbli: “Deyirlər ki, Lənkəranın yarısı mənimdir…”

“Mən jurnalistəm, jurnalist ailəsində böyümüşəm. Bütün jurnalist həmkarlarıma isə bir məsləhətim var. Azərbaycan dilində “ehtimal olunur” adlı bir ifadə var, bu ifadəni özlərinə də ehtiva etsinlər. Yalan informasiyaların yayılması təkcə bir adamın yox, ümumilikdə cəmiyyətin mətbuata inamını öldürür”.

Bu açıqlamanı APA TV-yə son günlər mətbuatda adı müxtəlif qalmaqallarda hallanan Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
Strateq.az APA TV-yə istinadən bildirir ki, deputat jurnalistlərə məsləhət verməyi də unutmayıb:
“Mənim jurnalist həmkarlarıma bir məsləhətim var. Jurnalistlər mənə bacılarım və qardaşlarım qədər doğmadır. Mən onların həmkarıyam. Xahiş edirəm ki, bilinməyən, araşdırılmayan mövzuları yazıb, cəmiyyətə çatdırmasınlar. Hər kəs haqqında söz deyəndə düşünmək lazımdır. İnsanların özünün dünyagörüşü və əqidəsi var. Belə addımları atmasınlar. çünki ədalətsizlik və haqsızlıq inamı öldürür”.
Hadı Rəcəbli bu günə kimi jurnalistləri qütblərə bölmədiyini bildirib:
“Mən jurnalistlərə açıq insanam. Bəlkə də yeganə deputatam ki, bütün jurnalistlər mənim əl telefonuma zəng edir və mən hər kəsin zəngini cavablandırıb, onlara müsahibə verirəm. Mənim sözlərimi isə təəssüflə qeyd edirəm ki, yanlış yazır, başlıqlara mənim demədiyim sözləri çıxarırlar. Bu, birinci dəfə deyil. Dəfələrlə təkrarlandığına görə jurnalistlərə müraciət etdim”.
Mətbuatda Lənkərandakı “Palıdlı Sahil” restoranının deputat Hadi Rəcəbliyə məxsusluğu və sözügedən istirahət məkanında cinayətkar dəstənin ifşa olunması ilə bağlı yayılan məlumatlara Komitə sədri belə aydınlıq gətirib:
“Bunlar yalan sözlərdir. Deyirlər ki, Lənkəranın yarısı, Salyandan bu tərəfə nə varsa, hamısı Hadı müəllimindir. Bu jurnalistlərdən ona görə razıyam ki, onlar məni belə varlı və qüvvətli görürlər. Yalandır, heç bir hüquqi əsası olmayan sözlərdir. Bu sözlərə də inanmayın. Hadı müəllim deputatdır və deputat fəaliyyəti ilə də məşğuldur. Mən işə hər gün saat 10-da gəlirəm və 7-də gedirəm. Mənimlə birgə uzun illərdir işləyən jurnalistlər də bunu görür. Mənim vaxtım var ki, digər işlərlə məşğul olum? Ehtimalla danışmasınlar, sözün məsuliyyətini dərk eləsinlər. Mən APA vasitəsilə səsimi bütün dost və qardaş jurnalistlərə çatdırmaq istəyirəm. Diqqətli olun, insanların hissiyyatına toxunmayın”.
Strateq.az