XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2015 - 12:44

Misir Mərdanovun qardaşı işdən çıxarıldı – Yeni nazir əvəzindən ilk kadr dəyişikliyi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbərinin müavini İlham Mərdanov tutduğu vəzifədən azad edilib.

Strateq.az trend.az-a istinadən xəbər verir ki, İ.Mərdanovun fotosu və haqqında məlumat Nazirliyin rəsmi saytından çıxarılıb. İ.Mərdanov sabiq Təhsil naziri Misir Mərdanovun qardaşıdır.

Xatırladaq ki, bundan öncə Aparat rəhbəri Vidadi Zeynalov vəzifəsindən uzaqlaşdırılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə V.Zeynalov barəsində 3 ay müddətinə həbs-qəti imkan tədbiri seçilib. V.Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.