Ağdamın "Qarabağ” komandası futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Moldovanın "Şerif" komandası ilə qarşılaşıb.
Strateq.az xəbər verir ki, Bakıda 0-0 hesablı nəticədən sonra "Qarabağ"ın Moldovada daha çətin oyunla üzləşəcəyi gözlənilsə də, komandamız səfərdə meydana daha istəkli çıxıb.
İlk hissənin sonuna əlavə edilmiş dəqiqələrdə Dino Ndlovu "Qarabağ”ı irəli çıxarıb – 0:1.
86-cı dəqiqədə hesab dəyişib. "Qarabağ" ikinci qolu rəqibin qapısından keçirib – 0:2
90+4-cü dəqiqədə "Şərif" penalti zərbəsi qazanıb və zərbə dəqiq olub – 1:2
Beləliklə, "Qarabağ" bu qələbə sayəsində qitənin ən nüfuzlu turnirində "play-off” mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu ünvanı da qazanmış oldu.