"ABŞ Rusiyaya qarşı hazırladığı sanksiyalar tamamilə qeyri-qanunidir".
Bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov deyib.
“Sanksiya layihəsi tamamən qanunsuz cəhddir. Bu kimi cəhdlər Rusiya və ABŞ arasında inama və etibarlılığa ağır zərbə vurur”, – diplomat bildirib.
Qeyd edək ki, ABŞ Konqresi ötən həftə Rusiyaya qarşı yeni sanksiyalar paketinin qəbul edilməsi ilə bağlı təklif irəli sürmüşdü/Axar.az.