ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 3 İŞİD liderinin öldürüldüyü barədə məlumat yayıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İŞİD əleyhinə beynəlxalq koalisiyanın nümayəndəsi Stiven Uorren açıqlama verib.
Uorren bildirib ki, ölənlərdən biri İŞİD-in «maliyyə naziri» kimi tanınan Əbu Sələfdir. Digərləri isə Əbu Miriam və Əbu Razman əl-Tunisidir.
Razman əl-Tunisi İŞİD-dəki qruplar arasında informasiya və döyüşçü mübadiləsinə cavabdeh idi.
Uorren hər üç liderin İraqın şimalındakı Tall-Afar şəhərinə endirilən aviazərbələr zamanı həlak olduğunu deyib. Onun sözlərinə görə, İŞİD liderlərini əsir götürmək mümkün olmayıb.