XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2015 - 20:52

Obamanı meymuna bənzətdilər – ABŞ səfiri sərt təpki verdi, dərhal üzr istədilər (FOTO)

Tatarıstandakı «Baxetle» marketlər şəbəkəsində satışa çıxarılan yeni il suveniri diplomatik qalmaqala səbəb olub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, 2016-cı ilin təqviminin əks olunduğu lövhədə 3 meymun (2016-cı ilin meymun ili olması ilə əlaqədar) rəsmi yerləşdirilib. ABŞ prezidenti Barak Obama da orada meymunlardan biri kimi təsvir olunub.

ABŞ-ın Moskvadakı səfiri Will Stivens məsələyə sərt reaksiya verərək Rusiya mağazalarında satılan mallarda belə bir görüntünün yer almasını iyrənc hərəkət adlandırıb.

Bunun ardınca marketlər şəbəkəsinin rəhbəri dərhal üzrxahlıq məktubu yayıb. Məktubda bildirilir ki, şirkət baş verən insidentdən çox təəssüflənir: «Belə bir əşyanın mağazamızda olmasından dərin təəssüf hissi keçiririk. Bu, bizim üçün olduqca xoşagəlməz haldır. Ticarət mərkəzindən heç kim siyasi təxribatlar üçün istifadə edə bilməz. Bu malın mağazalarımızda satışı bizimlə razılaşdırılmayıb və buna icazə verənlər mütləq cəzalandırılacaq».