XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

02 Avqust 2017 - 16:20

Taliban NATO qüvvələrinə hücum etdi, iki zirehli texnika sıradan çıxarıldı –Ölən və yaralananlar var (FOTO)

Əfqanıstanın Kandahar şəhərində NATO qüvvələrinə bomba yüklü maşınla hücum edilib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, hücum NATO qüvvələrinin istifadə etdiyi hava limanının yaxınlığında baş tutub.

Belə ki, zirehli maşınlarla yola çıxan hərbçilərə qəfil hücum olunub: "Bomba yüklü maşın sürətlə NATO konvoyunu hədəfə alıb. Hədəfə yaxınlaşan kimi partladılan maşın NATO-ya məxsus iki zirehli texnikanı tam sıradan çıxarıb, yaxınlıqdakı digər döyüş texnikalarına isə ciddi zərər verib".

Əfqanıstandakı NATO komandanlığından verilən məlumata görə, hücum nəticəsində bir neçə əsgər həlak olub, yaralılar var.

Hücumu Taliban öz üzərinə götürüb.

Onu da qeyd edək ki, Kandaharda NATO bayrağı altında daha çox ABŞ əsgərləri xidmət edir.

Strateq.az