XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2015 - 05:38

Prezident İlham Əliyevin Çinə dövlət səfəri başa çatıb

Ilham-Eliyev-Cin-seferi.jpg

Azertag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çin Xalq Respublikasına dövlət səfəri dekabrın 11-də başa çatıb.

Azərbaycanın və çinin dövlət bayraqlarının dalğalandığı Pekin şəhərinin beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi çinin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri yola salıblar.

Dünən isə  Azərbaycan Prezidentinin çinə dövlət səfəri çərçivəsində Azərbaycan-çin sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikasının və çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə”ni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və çin Xalq Respublikasının Sədri Si Cinpin imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti və çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”nu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və çinin Xarici İşlər naziri Van İ imzalayıblar.

“Azərbaycan Respublikası və çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında Müqavilə”ni Azərbaycanın Ədliyyə naziri Fikrət Məmmədov və çinin Ədliyyə naziri Vu Ayyin imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti və çin Xalq Respublikası Hökuməti arasında fitosanitar əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın Kənd Təsərrüfatı naziri Heydər Əsədov və çinin Kənd Təsərrüfatı naziri Xan çanfu imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti və çin Xalq Respublikası Hökuməti arasında mülki hava nəqliyyatına dair Saziş”i “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (“AZAL”) prezidenti Cahangir Əsgərov və çinin Mülki Aviasiya Administrasiyasının rəhbəri Li Ciasyan imzalayıblar.

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi və çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illərdə təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və çinin Təhsil naziri Yuen Quyren imzalayıblar.

“Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və çin Xalq Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və çinin Nəqliyyat naziri Yan çuantan imzalayıblar.

“Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında ikitərəfli iqtisadi əməkdaşlığın təşviqi üzrə Anlaşma Memorandumu”nu Azərbaycanın İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev və çinin Kommersiya naziri Quan Xuçen imzalayıblar.

“Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və çin Xalq Respublikasının Enerji İdarəsi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın çindəki səfiri Lətif Qəndilov və çinin Energetika üzrə Dövlət İdarəsi rəisinin müavini çen Şan Zye imzalayıblar.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə çin Xalq Respublikasının Milli Dəmir Yolu Administrasiyası arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Saziş”i “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və çinin Milli Dəmir Yolu Administrasiyasının rəhbəri Lu Donfu imzalayıblar.