XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

02 Avqust 2017 - 19:58

Türkiyənin 17 vətəndaşı Yunanıstandan siyasi sığınacaq istədi –1-i həkim, qalanı müəllimdir

Yunanıstan polisi Türkiyənin 17 vətəndaşını həbs edib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, aralarında 4-ü uşaq, 3-ü qadın olan həmin 17 nəfər qaçaq yolla Yunanıstanın Rodos adasına keçiblər.

Yunan polisindən verilən məlumata görə, həbs edilən türklərin biri həkim olmaqla, qalanı müəllimdir: "Onlar Yunanıstana qaçaq yolla keçən kimi, siyasi sığınacaq tələb ediblər. Səbəb isə guya Türkiyə hökuməti tərəfindən təqib olunmalarını göstəriblər. Yunan polisi həmin şəxsləri ölkəyə qaçaq yolla girmələri səbəbindən həbs edib, barələrində qərar verilməsi üçün işlərini məhkəməyə göndərib".

Məlumatda o da bildirilir ki, FETÖ üzvlərinə qarşı aparılan əməliyyata görə Yunanıstana qaçıb, siyasi sığınacaq istəyən xeyli türklər var: "Həmin 17 nəfərin də FETÖ ilə bağlı olmaları istisna deyil".

Strateq.az