ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı imzaladığı sanksiyalara dair qanun de-fakto heç nəyi dəyişmir.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bəyan edib.
"Bu yenilik deyil, artıq cavab tədbirləri də görülüb. Bu səbəbdən sanksiyalara dair yeni qanun de-fakto heç nəyi dəyişmir. Yeni tədbirlərə ehtiyac yoxdur”, – deyə, D.Peskov qeyd edib.
Qeyd edək ki, iyulun 30-da prezident Vladimir Putin ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının 755 əməkdaşının Rusiyanı tərk etməli olacağını bəyan edib/APA.