XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2015 - 07:17

Hacı Məmmədovla bağlı hansı qərar veriləcək? – Xidmətdən açıqlama

Eldar Mahmudovun nazir postundan uzaqlaşdırılmasından sonra Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun son 10 il ərzində Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılması yenidən müzakirə mövzusuna çevrilib. 

2007-ci ildə barəsində məhkəmə hökmü çıxarılandan sonra gözlənilənlərin əksinə olaraq, H.Məmmədovu Qobustan Qapalı Həbsxanasına köçürülmədi və Cəzaların İcrası Məcəlləsinə zidd olaraq, bu günə kimi MTN-in İstintaq Təcridxanasında saxlanılır.

General-leytenant Mədət Quliyevin Milli Təhlükəsizlik nazirinin birini müavini təyin edilməsindən sonra MTN-in İstintaq Təcridxanasında təqsirləndirilən şəxslərin hüquqlarının pozulması da üzə çıxıb.

Vəkil Cavad Cavadovun verdiyi məlumata görə, M.Quliyevin təyinatından sonra təcridaxanalarda vəziyyət müsbətə doğru dəyişib. Eyni zamanda, məhkumların pozulmuş hüquqları bərpa olunmaqdadır.

Bu halda Hacı Məmmədov Qobustan həbsxanasına köçürülə bilərmi?

Pentensiar Xidmətin mətbuat xidmətindən modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məhkumun yerdəyişməsi haqda məlumatın verilməsi qanunaziddir: 

“Cəza İcra Məcəlləsinin 16-cı maddəsinə əsasən, məhkumun yerdəyişməsi haqqında məlumat, hətta yaxın qohumları və ailə üzvlərinə yalnız onun öz razılığına əsasən verilə bilər”.

Məlumatda qeyd edilir ki, hər hansı cəzalandırılan və ya təqsirləndirilən şəxsin yeri onun vəkili yaxud yaxınları tərəfindən açıqlana bilər: 

“Qanun hətta onlardan alınan cavabın təsdiqlənməsi üçün Pentensiar Xidmətə ünvanalanan sualın cavablandırılmasına icazə vermir”.