ABŞ Hərbi-Hava Qüvvələri Kaliforniya ştatında ilin dördüncü qitələrarası balistik raket sınağını keçirib.
Məsələ ilə bağlı rəsmi açıqlamada Los-Ancelesdən təxminən 209 kilometr şimal-şərqdəki Vandenberq bazasında raket sınağının keçirildiyi bildirilib.
Raket sınağının hər hansı ölkə ilə bağlı olmadığı bildirilib.
Qeyd edək ki, bir müddət öncə Şimali Koreya da ballistik raket sınağı həyata keçirib/Axar.az.