XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2015 - 07:48

Trampı “küncə sıxdılar” – Əleyhinə rekord sayda imza toplandı

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd  Donald Trampın müsəlmanlar əleyhinə çağırışı ona baha başa gəlib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Britaniya hökumətinin rəsmi saytında 3 gün ərzində Tramp əleyhinə yarım milyon imza toplanıb.

Bu, ölkə tarixində petisiyalara verilən imza sayına görə rekord göstəricidir. Petisiyanın hökumət tərəfindən baxılması üçün tələb olunan 100 min imza elə ilk gün toplanmışdı. Britaniyalılar hökumətdən tələb edir ki, Trampı bu ölkəyə buraxmasınlar. 

Dekabrın 7-də Tramp bildirmişdi ki, hökumət bütün müsəlmanlara ABŞ-a girmək qadağası qoymalıdır. 

Britaniya baş naziri Devid Kameron Trampın bəyanatının yanlış olduğunu, milli ayrıseçkilik toxumu səpdiyini bildirib.

Obama Administrasiyası isə Tramın açıqlamasının ABŞ dəyərləri ilə ziddiyyət təşkil etdiyini bəyan edərək, respublikaçıları onun namizədliyini dəstəkləməməyə çağırıb.

Ağ Evdən onu da bildiriblər ki, Trampın bu bəyanatı onu prezident seçkilərində iştirak etmək hüququndan məhrum etməyə əsas yaradır.