XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Avqust 2017 - 11:28

Mayk Pens:"Vaşinqton Kosovoya NATO-ya daxil olmaq üçün yardım edəcək"

"Vaşinqton tanınmamış Kosovoya yardım edəcək ki, NATO-ya daxil olsun".

Bunu jurnalistlərə açıqlamasında ABŞ vitse-prezidenti Mayk Pens söyləyib.

Qeyd edək ki, Mayk Pens hazırda Monteneqroda səfərdədir. O burada Adriatik Xartiyası sammitinə qatılıb. Sammitdə Penslə yanaşı Makedoniya Baş naziri Zoran Zayev, Monteneqro Baş naziri Duşko Markoviç, Xorvatiya Baş naziri Andrey Plenkoviç, Albaniya Baş naziri Edi Rama, Kosova prezidenti Haşim Taci iştirak edib/Axar.az.