XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Avqust 2017 - 20:39

Rəqqanın bir hissəsi İŞİD-dən azad edildi –Rayan Dillon

Suriyanın Rəqqa şəhərinin bir hissəsi İŞİD terrorçularından azad edilib. 

Bu barədə  İŞİD-lə mübarizə üzrə koalisiyanın rəsmi nümayəndəsi Rayan Dillon bildirib.  

“Rəqqanın azad edilməsi uğrunda əməliyyat artıq iki aydır davam edir. Şəhər ərazisinin 45 faizi “Suriya Demokratik Qüvvələri”nin nəzarətindədir”, – deyə, R.Dillon bildirib.   

Qeyd edək ki,  “Suriya Demokratik Qüvvələri” adlandırılan koalisiyasının əsas hissəsini ABŞ və onun müttəfiqləri tərəfindən dəstəklənən YPG/PYD kürd terror qruplaşmalarının silahlıları təşkil edir.

R.Dillon həmçinin  YPG/PYD kürd terror qruplaşmalarına tankların tədarük edilməsinə dair yayılan xəbərləri təkzib edib: “Bu xəbərlər yanlışdır”. 

APA