Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson telefon danışığı zamanı ili ölkə arasındakı münasibətlərdə son vəziyyəti müzakirə ediblər.
Bu barədə Rusiya XİN açıqlama verib.
"Tərəflər 6-8 avqust tarixlərində Manilada keçiriləcək ASEAN-ın təhlükəsizlik üzrə forumu çərçivəsində baş tutacaq görüş zamanı Rusiya-ABŞ münasibətlərinin nizamlanması üzrə qarşılıqlı fəaliyyətin perspektivlərini və ikitərəfli əlaqələrin hazırkı vəziyyətini hərtərəfli müzakirə edilməsinə dair razılığa gəliblər”, – deyə, məlumatda bildirilir.
APA