XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Avqust 2017 - 12:11

ARDNF:"Qızılın miqdarında heç bir dəyişiklik baş verməyib"

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinə daxil olan qızılın miqdarı hazırda 30 175 kq (970 146 troya unsiyası) təşkil edir və cari ildə qızılın miqdarında heç bir dəyişiklik baş verməyib.

Bu barədə ARNDF-dən Strateq.az-a verilən məlumata görə,  investisiya portfelinə daxil olan qızılın Mərkəzi Bankdan ARDNF-nin inzibati binasında yerləşən xəzinəyə daşınması prosesi 2017-ci ildə tam başa çatdırılıb:

"ARDNF-nin investisiya portfelinə daxil olan qızıl yatırımları ilə bağlı məlumatlar ARDNF-nin rüblük və illik hesabatları vasitəsi ilə mütəmadi olaraq ictimaiyyətə çatdırılır".