XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2015 - 12:01

“İstənilən hədəf məhv ediləcək” – Putin nazirə əmr verdi

Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiya iclasına qatılaraq sərt fikirlər səsləndirib.  ​​

Rusiya KİV-ləri xəbər verir ki, Putin Suriyada yerləşdirilən rusiyalı hərbçilərə mane olan istənilən hədəfin məhv ediləcəyini deyib:

“Hərbçilərimizə qarşı hər hansı təxribat etməyi düşünənlərə xəbərdarlıq edirəm. Onsuz da, Suriyadakı şəxsi heyət və aviabazalar müasir raket sistemləri ilə qorunur. Aviasiyanın bütün addımları isə qırıcı təyyarələrin müşayiəti ilə aparılır. Hərbçilərimizə təhlükə törədən istənilən hədəf məhv ediləcək. Müdafiə Nazirliyinə əmr edirəm ki, belə hallarda maksimum sərt cavab verilsin”.  

Bununla belə, Putin Rusiya ilə terrorizmə qarşı əməkdaşlıq etmək istəyən ölkələrə də qapılarının açıq olduğunu deyib. modern.az