XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Avqust 2017 - 09:56

Türkmənistan prezidenti Azərbaycana gəlir –Səfər 2 gün çəkəcək

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov avqustun 8-i Azərbaycana səfər edəcək.

APA-nın Türkmənistanın dövlət informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, səfər iki gün davam edəcək.

Səfərin təşkili ilə bağlı məsələlər Türkmənistanın Nazirlər Kabinetinin iclasında müzakirə olunub.

Q. Berdiməhəmmədovun Bakıya səfəri çərçivəsində bir neçə ikitərəfli rəsmi sənədin imzalanması nəzərə tutulub.

2007-2017-ci illər ərzində Azərbaycan və Türkmənistan arasında yüksək səviyyədə dörd qarşılıqlı rəsmi səfər baş tutub. Tərəflər arasında normativ-hüquqi baza 52 ikitərəfli sənəddən ibarətdir.