XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2015 - 14:43

ABŞ: “İŞİD-in əsas müştərisi Əsəddir”

«İŞİD qaçaq yolla neft satışından ildə yarım milyard dollar əldə edir. Hər ay qruplaşma 40 milyon dollarlıq xam neft satır və əsas müştəriləri də Suriya lideri Bəşər Əsəddir».

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ maliyyə naziri Adam Şubin Londondakı Chatham House İnstitutunda çıxışı zamanı deyib.

Reuters-in məlumatına görə, hasil olunan neftin bir hissəsi İŞİD-in nəzarətində olan ərazilərdə qalır, bir hissəsi Suriyadakı kürdələrə satılır, bir hissəsi də Türkiyəyə gedir.  

Şubin bildirib ki, İŞİD-lə Əsəd bir tərəfdən bir-biri ilə savaşır, bir tərəfdən də milyon dollarlıq ortaq ticarət aparır.