XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2015 - 14:57

Neft bir az da düşdü – Birjalardan son məlumatlar

neft ciraq.jpg

Brent neftinin qiyməti yenidən sürətlə ucuzlaşmağa başlayıb.

“Marja” xəbər verir ki, Bakı vaxtı ilə 18:40-də Brent neftinin barelinin qiyməti 38,80 dolları görüb. Brent nefti 2,3%-ə yaxın ucuzlaşıb.

ABŞ xam nefti isə 1,6% ucuzlaşaraq 36,16 dolları görüb. Neft qiymətləri 2008-ci ildən bəri ən aşağı səviyyəyə enib. Neft bu həftə 9,2% ucuzlaşıb.

Analitiklər ötən cümə günü keçirilmiş OPEC-in 168-ci Nazirlər Toplantısında istehsalın azaldılmamasına dair bir qərar çıxmaması səbəbindən neftin ucuzlaşdığını bildirirlər. Hasilat azaldılmadığından bazarda neft bolluğu yaranıb. Neftə tələb isə təklifdən azdır.

Əlavə edək ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, OPEC hasilatı azaltmır. OPEC-in xam neft istehsalı, noyabrda əvvəlki ayla müqayisədə gündəlik 230 min barrel artaraq, 31,7 milyon barrelə çatıb. Halbuki, təşkilatın kvotası 30 milyon bareldir.

“30 DOLLARA DüŞƏCƏK”

Neft, OPEC-in ayda 30 milyon barel olan hasilat kvotasını dəyişməməsinin bazarda hədsiz neft bolluğu vəziyyətinin davam edəcəyinə səbəb olacağı fərziyyəsinin təsiri ilə mart ayından bu yana ən güclü həftəlik ucuzlaşmasını qeyd edə bilər.

Neft qiymətləri, OPEC-in yüksək xərcli neft istehsalçılarına qarşı bazar payını qoruma strategiyasını aparması ilə düşür. OPEC hesab edir ki, ABŞ-ın nefti yüksək xərclər ilə hasil edən istehsalçıları aşağı qiymətlər qarşısında tab gətirə bilməyərək fəaliyyətlərini dayandıracaqlar.

Analitiklər bildirirlər ki, OPEC-in noyabr ayındakı hasilat rəqəmi (31,7 milyon barel), qlobal təklif çoxluğunun artmaqda olduğunu göstərir və buna qarşı tələbdə də artım yoxdur. Neft 30 dollara kimi düşə bilər. 

Frankfurtdakı Commerzbank-ın analitikləri yazdıqları bir hesabatda həddindən çox neft istehsal olunduğunu və bu il qiymətlərdə bir yüksəlişin mümkün olmadığını bildiriblər.