XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

06 Avqust 2017 - 00:36

Universitetin yataqxanasındakı yanğında 10 nəfər tüstüdən zəhərlənib –VİDEO

Hadisə Sumqayıtın 8-ci mikrorayonundakı yataqxanada baş verib. 

Partlayış yanğına çevrilib. Partlayışın yataqxananın 3-cü mərtəbəsində baş verdiyi deyilir.

Hadisə yerinə şəhərin hüquq mühafizə idarəsinin əməkdaşları və Fövqəıadə Hallar Nazirliyinin canlı qüvvəsi, Təcili Tibbi Yardım avtomobilləri cəlb edilib.

Hadisə nəticəsində ondan artıq şəxs zəhərlənmə ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı və 1 nəfər polis serjantı tüstüdən zəhərlənib.

Yanğın saat 22:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sumqayıt şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya çatdırılıb.  

Məlumata görə, binada 114 məcburi köçkün ailəsi məskunlaşıb, daha 8 ailə yerli sakinlərdir.

FHN-nin rəsmi saytında bildirilir ki, yanğın saat 21:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın beşmərtəbəli yaşayış binasının dəhlizində və mətbəxində olub. 

Hadisə yerinə həmçinin Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin yerli qurumunun rəsmiləri də baxış keçiriblər.