XƏBƏR LENTİ

02 Mart 2021
01 Mart 2021

Digər Xəbərlər

06 Avqust 2017 - 10:58

Rauf Arifoğluna ağır itki üz verdi –Atası dünyasını dəyişdi

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğluna ağır itki üz verib.

Strateq.az Musavat.com-a istinadla xəbər verir ki, bu gün səhər baş redaktorun atası Arif Abbasov qəfildən vəfat edib.

Məlumata görə, onun səhhətində heç bir problem yox imiş. Gözlənilmədən halı pisləşib və dünyasını dəyişib. 

"Yeni Müsavat”ın baş direktoru Ələsgər Süleymanov hadisə ilə bağlı bunları deyib: "Sağlıq durumunda elə bir ciddi problem yox idi. Gəzib-dolanırdı. Gözlənilməz hadisə baş verdi. Deyəsən, beyninə qan sızıb”.

Ə.Süleymanov bildirib ki, mərhum bu gün yaşadığı kənddə dəfn olunacaq.

Allah rəhmət eləsin!