XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

06 Avqust 2017 - 16:38

Rusiya ABŞ-ın sanksiya qərarına necə cavab verəcək? –Tillerson Lavrovla bir araya gəldi

Bu gün Manilada ASEAN forumu çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovvə ABŞ dövlət katibi Reks Tillerson arasında görüş keçirilib.

TASS-ın verdiyi məlumata görə, S. Lavrov deyib ki, R. Tillerson ilk növbədə ABŞ Konqresinin Rusiya əleyhinə qəbul etdiyi qanunla əlaqədar Rusiyanın cavab addımına aydınlıq gətirilməsini istəyib.

Rusiya ABŞ Konqresinin qəbul etdiyi qanundan sonra sentyabrın 1-ə qədər ölkədəki amerikalı diplomatların sayının 455-ə endirilməsini istəyib. Bu halda 755 diplomat və texniki əməkdaş sentyabrın 1-ə qədər Rusiyanı tərk etməlidir. S. Lavrov bildirib ki, R. Tillersonla  görüşdə bu cavab addımına aydınlıq gətirilib.

S. Lavrov görüşdə Rusiyanın Suriyada hərbi və siyasi sferada ABŞ-la əlaqələrini davam etdirəcəyini də nəzərə çatdırıb. 

APA