XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2015 - 06:52

Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi

Bu gün dünya şöhrətli siyasi xadim Heydər Əliyevin vəfatından 12 il keçir.

Dekabrın 12-də Azərbaycan prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət ediblər.

Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri Xiyabana gəliblər.

Prezident İlham Əliyev atasının məzarı önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səslənib.

Dövlət başçısı İlham Əliyev və oğlu Heydər Əliyev H.Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyub.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.