XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 August 2017 - 00:31

Bir qrup hərbçi prezidentə qarşı üsyana qalxdı –Venesuelada gərginlik artır

Venesuelada bir qrup hərbçi prezident Nikolas Maduro əleyhinə üsyan qaldırdığını elan edib.

Bu barədə "El Nacional" hərbçilərin sosial şəbəkədə yayılmış videogörüntülərinə istinadən xəbər verib.

Bildirilir ki, qrupa özünü kapitan adlandıran Xuan Kaqvaripano adlı şəxs başçılıq edir. O, qeyd edib ki, hərbçilər Nikolas Maduronun "öldürücü zülmünə" qarşı qanuni üsyan qaldırıblar.

"Qeyd edək ki, bu, dövlət çevrilişi deyil. Bu, konstitusiya qaydasını bərpa etmək üçün vətəndaş və hərbçi hərəkətidir. Amma daha çox ölkəmizi gənclərimizin və ailələrin qətlini dayandırmaqdan xilas etməkdir", – deyə, o, bildirib.

Qeyd edilir ki, Kaqvaripano "dissident hərəkatına dəstək verdiyi üçün" 2014-cü ildən axtarışdadır/Report.