XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 August 2017 - 12:27

“Dövlət qulluğu haqqında” qanuna dəyişiklik –Prezident fərman verdi

Bu gün Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” qanununa dəyişikliklə bağlı fərman imzalayıb.

Strateq.az xəbər verir ki, fərmana əsasən, dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir.

Dəyişikliklə "İnzibati və yardımçı vəzifələrin təsnifatı"ın 11.1.8.2 bəndinə "müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanların rəhbərlərinin, onların müavinlərinin və mütəxəssislərinin vəzifələri" də edilib.

İndiyədək isə bu bəndə "müvafiq icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələrinin, onların müavinlərinin və mütəxəssislərin vəzifələri" daxil idi.