XƏBƏR LENTİ

06 Mart 2021

Digər Xəbərlər

07 Avqust 2017 - 13:14

Tillerson:"Moskvanın tələbi cavabsız qalmayacaq!"

"Vaşinqton Moskvanın amerikalı diplomatlarla bağlı tələbini cavabsız qoymayacaq".

Bunu ABŞ dövlət katibi Reks Tillerson Birləşmiş Ştatların Moskvadakı diplomatik missiyasında ixtisar aparılması tələbini şərh edərkən deyib.

Tillerson bildirib ki, Vaşinqtonun bu mövqeyini rusiyalı həmkarı Sergey Lavrovun da diqqətinə çatdırıb.

ABŞ-ın Rusiyaya cavabının necə olacağına dövlət katibi aydınlıq gətirməyib. Tillerson Moskvanın qərarı ilə bağlı Lavrova bir neçə sual ünvanladığını da qeyd edib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin 755 ABŞ diplomatının ölkəni tərk etməli olduğunu bildirib(azadliq.info).