XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 December 2015 - 10:25

Ceyms Uorlik ATƏT-in Minsk Qrupunda – həmsədr postunda qalacaq

uorlik.jpg

ABŞ-ın Azərbaycandakı səfirliyi ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin başqa diplomatla əvəzlənməsi məsələsinə baxılması ilə bağlı bəzi KİV-də yayılan xəbərləri təkzib edib.

“ABŞ səfir Uorlika tam inanır və etimad göstərir. O, həmsədr kimi fəaliyyətini davam etdirəcək”, – səfirlikdəki mənbə “Turan”-ın xahişi ilə bu məlumatları şərh edərkən bildirib.

Xatırladaq ki, KİV-də yayılan məlumatlarda bildirilib ki, Azərbaycan hakimiyyətinin C.Uorlikin bəzi bəyanat və hərəkətlərindən narazılığı ilə əlaqədar Dövlət Departamenti onun əvəzlənməsi məsələsinə baxır.