XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

07 Avqust 2017 - 18:53

“Saakaşvilini bizə təhvil verin” –Rəsmi Tbilisidən Polşaya tələb

Gürcüstan hökuməti eks-prezident Mixail Saakaşvili ilə bağlı Polşaya müraciət edib.

Bu barədə Varşava bölgə prokurorluğundan məlumat verilib.

“Bazar ertəsi prokurorluğumuza Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən Mixail Saakaşvilinin ölkəmizdə olub olmaması ilə bağlı müraciət daxil olub”, – prokurorluqdan bildirilib.

Varşava prokurorluğu məsələnin dövlət sərhəd xidməti və polislə birgə araşdırılacağını açıqlayıb.

Qeyd edək ki, Gürcüstan keçmiş prezident Mixail Saakaşvilinin həbs edilərək Tiflisə ekstradisiya olunmasını tələb edir/Axar.az.