Moskvanın «Puşkin» meydanında hökumət əleyhinə aksiya başlayıb.
Aksiyanın təşkilatçıları “Yabloko”, PARNAS, «Vətəndaş təşəbbüsləri» partiyaları və «Həmrəylik» hərəkatıdır.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Konstitusiya Gününə həsr olunmuş aksiya «Dəyişikliklər Marşı» adı altında keçirilir.
Moskva meriyası ilə razılaşdırılmayan aksiyaya gözlənildiyindən az adam gəlsə də, artıq polis etirazçıları həbs edərək avtobuslara yığmağa başlayıb.
İlkin məlumatlara görə, 30-dan artıq aksiyaçı həbs olunub. Həbs olunanlar arasında Siyasi Araşdırmalar Fondunun prezidenti, professor Georqi Satarov, “Yabloko” partiyasının sədri Sergey Mitroxin və müxalifyönlü jurnalist Aleksandr Rıklin, hüquq müdafiəçisi Lev Ponomaryov da var.
Polis aksiyanı dağıtmağa çalışır. İnsanların bir qismi yaxınlıqdakı bulvarın ərazisinə toplaşıb.
Rusiya Konstitusiyası 12 dekabr 1993-cü ildə qəbul olunub. Əvvəllər bu gün dövlət bayramı hesab olunurdu. 2004-cü ildən isə sadəcə əlamətdar tarix kimi qeyd olunur.