XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Avqust 2017 - 22:15

“ABŞ özünü yaramaz və şıltaq uşaq kimi aparır” –Rusiyalı diplomat

"ABŞ Şimali Koreya böhranına yaramaz və şıltaq uşaq kimi münasibət göstərir".

Bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Vaşinqton birbaşa məsuliyyət daşıdığı mövzuları başqalarına yükləməkdə maraqlı olur. ABŞ, istədiyini edə bilməyəndə, yaxud istədiyi oyuncağı alınmayanda özünü yerə vuraraq ağlamağa başlayan azyaşlını xatırladır. Koreya yardımadasında vəziyyət olduqca gərgindir. Ciddi xəta nəticəsində hər an “partlayış” baş verə bilər”, – diplomat bildirib/Axar.az.