XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Avqust 2017 - 23:33

Ermənilərdən daha bir vəhşət –Tovuzda yaşayış evlərini atəşə tutdular, 13 yaşlı uşaq ağır yaralandı

Ermənistan Silahlı qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar.

Strateq.az "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində bir dinc sakin yaralanıb. Yaralanan şəxs 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğludur.

O, öz həyətlərində olarkən həyətə mərmi düşüb. Mərminin qəlpələri Yusifov Ramini ağır şəkildə yaralayıb. 

Bədənində çoxsaylı qəlpə yarası alan Ramin Yusifov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Çoxsaylı qəlpə yarası alan yeniyetmə həkimlər tərəfindən əməliyyat olunub.

Vəziyyətinin orta-ağır olduğu bildirilir.