XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2015 - 13:39

Rusiya təşviş içində – Nazirdən həyəcanlı açıqlama

Rusiyanın maliyyə naziri Anton Siluanov neft qiymətlərinin enməsi ilə bağlı həyəcanlı açıqlama verib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, nazir 2016-cı ildə bir barrelin qiymətinin 30 dollaradək düşəcəyini istisna etməyib.

Onun fikrincə, gələn il neftlə bağlı aşağı qiymətlər üstünlük təşkil edəcək: “Bizim üçün heç də asan keçməyəcək bir dövrə hazır olmalıyıq. Hələ büdcəni qəbul etməyə fürsət tapmamış görürük ki, vəziyyət pisə doğru dəyişir. Büdcədə neftin qiymətini 50 dollar kimi götürmüşdük. Hazırda isə bu rəqəm 36-37 dollardır. Ehtiyat variantlar hazırlamalıyıq. Qiymət düşməyə davam etsə, neyləyəcəyik?!”