XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Avqust 2017 - 15:00

“Ziya Məmmədov ölkəni niyə tərk etməlidir ki?!” –Sabiq nazirin qardaşından kəskin cavab

Keçmiş nazir Ziya Məmmədovun ölkəni tərk etməsi barədə informasiya yayılıb.

Bildirilib ki, eks-nazir ölkəni həmişəlik tərk etmək qərarına gəlib.

Strateq.az xəbər verir ki, Modern.az saytı məsələni dəqiqləşdirmək üçün keçmiş nazirin qardaşı Elton Məmmədovla əlaqə saxlayıb.

Eks-deputat xəbərə sərt cavab verib. O deyib ki, xəbər həqiqəti əks etdirmir: "Ölkəni də, vətəni də şərəfsizlər tərk edər! Ziya Məmmədov ölkəsini, vətənini niyə tərk etməlidir ki?!”.

Sabiq deputat Elton Məmmədov mətbuatın Ziya Məmmədovla bağlı ona sual ünvanlamasını yaxşı qarşılamadığını da deyib: "Dəfələrlə bütün mətbuat nümayəndələrinə demişəm ki, mənimlə bağlı nə sualınız varsa, cavablandırmağa hazıram. Amma Ziya Məmmədovla bağlı mənə sual verməyin!”.