XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Avqust 2017 - 18:30

Artur Rasi-zadə Türkmənistan prezidenti ilə görüşdü –Müzakirə + FOTO

Azərbaycanın baş naziri Artur Rasi-zadə Bakıda rəsmi səfərdə olan Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.

Strateq.az xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.

A.Rasi-zadə Azərbaycan ilə Türkmənistanın siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib. Azərbaycan-Türkmənistan iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edən baş nazir Azərbaycanın regionun tərəqqisindəki rolunu diqqətə çatdırıb. A.Rasi-zadə hər iki ölkənin geniş imkanlara malik olduğunu vurğulayıb.

Prezident Qurbanqulu Berdiməhəmmədov Türkmənistanın Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən iqtisadi-ticari sahədə əməkdaşlığın inkişafında maraqlı olduğunu deyib. Türkmənistan dövlətinin başçısı neft və qaz istehsalçısı və ixracatçısı olan Azərbaycanın bu sahədəki fəaliyyətinə toxunub, Azərbaycanın bununla bağlı liderliyinin əhəmiyyətini qeyd edib.

Görüşdə Xəzər dənizinin statusunin hüquqi statusunun həlli yolları, geosiyasi və geoiqtisadi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.