XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 December 2015 - 07:44

Prezident İlham Əliyev Putinə başsağlığı verdi

ilham serencam.jpg

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 13-də, gecə saatlarında Voronejin Psixonevroloji İnternatında baş verən və 22 nəfərin ölümü ilə nəticələnən faciə ilə əlaqədar rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.

Dövlət başçısı hadisədən kədərləndiyini ifadə edib:

“Hörmətli Vladimir Vladimiroviç, Voronej vilayətindəki internatda baş vermiş yanğın nəticəsində insanların həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm”.