XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Avqust 2017 - 12:39

Trampın seçki qərargahı Senatın tələbinə boyun əydi –Rusiya məsələsi ilə bağlı

ABŞ prezidenti Donald Trampın seçki qərargahı Rusiyanın ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxiləsi ilə bağlı Senatın tələb etdiyi sənədləri verməyə başlayıb.

"Bloomberg”in verdiyi xəbərə görə, seçki qərargahı və onun keçmiş rəhbəri Pol Manafort, eləcə də prezidentin oğlu kiçik Donald Tramp Senatın Kəşfiyyat komitəsinə müvafiq sənədləri təqdim edib. Avqustun 4-də qərargah 20 min səhifə, Manafort 400 səhifəyə yaxın, kiçik Tramp isə 250 səhifə sənədi Senata göndəriblər. 

Xatırladaq ki, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. Ədliyyə Nazirliyi tərəfindən təyin olunan xüsusi prokuror Robert Müller də analoji təhqiqatı davam etdirir/APA.