XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

09 Avqust 2017 - 16:06

Çovdarovla bağlı məhkəmə istintaqı yekunlaşdı –Vəkillərinin etirazı təmin edilmədi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun istintaq işi yekunlaşıb.

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında baş tutan prosesdə A.Çovdarovun vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulov bir neçə vəsatətlə çıxış edib.

Onlar bir sıra sənədlərin sübutlar siyahısından çıxarılmasını, A.Çovdarovun Tibbi Məhkəmə Ekspertizanın təkrar keçirilməsini tələb ediblər.

Məhkəmə iclasında vəsatətlərlə bağlı müzakirələr aparılıb, ancaq təmin edilməyib.

Məhkəmə istintaqının yekunlaşdırıldığı elan olunub. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

qafqazinfo.az