Günəşli yatağındakı 10-cu dəniz özülündə baş verən yanğında itkin düşənlərin axtarışları davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi bildirib ki, hazırda 1 təyyarə və 3 helikopter axtarışla məşğuldur. apa.az
Bir gəmi Günəşli yatağındakı yanğının söndürülməsinə cəlb olunub. Həmçinin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti də sahilboyu müşahidə aparır. İki gəmi isə, mümkün neft axıntılarının qarşısını almaq üçün cəlb olunub.
Xüsusi qərargahdan trend.az-a verilən məlumata görə, axtarışların miqyası ərazi baxımından daha da genişləndirilib, daha çox canlı və texniki qüvvə cəlb edilib.
Belə ki, artıq qonşu ölkələrin sərhəd sularına yaxın ərazilərdə də axtarışlar aparılır. Qəza baş vermiş platformada yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Dekabrın 4-də “Günəşli” yatağında baş vermiş yanğın zamanı platformada 63 nəfər olub. Onlardan 33 nəfəri xilas edilib, 7 nəfərin cəsədi tapılıb, 23 nəfər axtarılır. Bundan başqa, Neft Daşlarında itkin düşən daha üç nəfər də axtarışdadır.