Rusiyanın “Smetlivıy” adlı gözətçi gəmisindən Egey dənizində üzən Türkiyə gəmisinə atəş açılıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildiriblər ki, rus gəmisindəki əsgərlər Türkiyə gəmisinə atəş açmaq məcburiyyətində qalıblar. Məqsəd, qarşı tərəfi qəzadan xilas etmək olub. Əks halda, gəmilər toqquşa bilərmiş.
Müdafiə Nazirliyi bəyan edir ki, rus əsgərlərin çoxsaylı cəhdlərinə baxmayaraq, türklər onlarla radioəlaqəyə girmək istəməyib:
“Türkiyəyə məxsus gəminin ekipaj üzvləri rusların rəngli siqnallarına da cavab verməyiblər. Nəhayət 2 gəmi arasında 600 metr məsafə qaldıqda ruslar toqquşmanı önləmək üçün məlum addımı atıblar. Bundan sonra Türkiyə gəmisi dərhal istiqamətini dəyişib”.
İnsidentlə bağlı Rusiya Müdafiə nazirinin müavini Anatoli Antonov Türkiyənin Rusiyadakı səfirliyinin hərbi attaşesini Nazirliyə çağırıb.