XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Avqust 2017 - 21:46

“Kim Çen In sonunu gətirəcək, xalqı məhv edəcək addımlardan çəkinməlidir” –Pentaqondan xəbərdarlıq

"Şimali Koreya nüvə proqramını dayandırmalı və rejimin sonuna gətirəcək, xalqı məhv edəcək addımlardan çəkinməlidir".

"RİA Novosti"nin verdiyi xəbərə görə, bunu Pentaqonun rəhbəri Ceyms Mettis bəyan edib.

“Kim Çen In BMT Təhlükəsizlik Şurasının vahid mövqeyini və dünya hökumətlərinin çağırışlarını nəzərə almalıdır. Artıq hamıya bəllidir ki, Koreya Xalq Demokratik Respublikası qlobal sabitlik və təhlükəsizliyə təhdiddir. Pxenyan rejimi istənilən silah yarışmasında və yaxud təşəbbüs göstərdiyi münaqişədə məğlub olacaq ”, – deyə, bəyanatda bildirilib.

APA