Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini vəzifəsinə yeni təyinat olub.
Strateq.az Report-a istinadən xəbər verir ki, bu vəzifəyə Rəna Fərəcova təyin edilib.
Qeyd edək ki, R.Fərəcova Arzu Məmmədovanın yerinə təyin olunub. A.Məmmədova icra hakimiyyəti başçısının müavini vəzifəsinə 2014-cü ildə təyin olunmuşdu. Bir müddət əvvəl o, həmin vəzifədən azad edilib.
Mətbuatda yayılan məlumata görə, Arzu Məmmədova gənclər və idman naziri Azad Rəhimovun köməkçisi təyin olunub.
Strateq.az