XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

10 Avqust 2017 - 12:56

ABŞ kubalı diplomatları ölkədən qovdu –Səbəb

ABŞ Dövlət Departamenti Kubanın Vaşinqtondakı səfirliyində çalışan iki diplomatı deportasiya edib.

Bunu ABŞ Dövlət Departamentinin rəsmisi Hizer Noyert Kubadakı amerikalı diplomatların döyülməsi iddiaları ilə bağlı sualları cavablandırarkən deyib.

Amerikalı diplomatların səhhəti haqqında məlumat verməyən Noyert onların vəziyyətinin Vaşinqton rəhbərliyini narahat etdiyini bildirib. O, hadisənin təfərrüatları haqqında danışmaqdan çəkinib.

Qeyd edək ki, ABŞ mətbuatında çıxan bəzi xəbərlərdə diplomatlarının Kubada döyüldüyü və onlardan birinin eşitmə qabiliyyətini itirdiyi iddia edilib. Rəsmi Vaşinqtonun məhz bu olaya görə kubalı diplomatları qovduğu deyilir/Axar.az