XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

08 Aprel 2015 - 06:58

Kissincer Bakıya GƏLİR

kisincer.jpg

Amerika Birləşmiş Ştatlarının dövlət xadimi, XX əsr ABŞ xarici siyasətinin əsas strateqlərindən biri, beynəlxalq münasibətlər üzrə tanınmış diplomat və ekspert Henri Kissincer III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün aprelin sonunda Azərbaycana gələcək.

“Strateq.az” bildirir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a məlumat verilib. Henri Kissincerin “Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr olunan beynəlxalq forumun açılış sessiyasında çıxışı planlaşdırılıb.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəxri üzvü H.Kissincer 2014-cü ildə Mərkəzin xüsusi qızıl medalı ilə təltif olunub.

H.Kissincer ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri (1973-1977), keçmiş dövlət katibi, Nobel sülh mükafatı laureatıdır. ABŞ-ın müasir xarici siyasətinin formalaşmasında mühüm rola malik H.Kissincer ABŞ-SSRİ münasibətlərinin yeni müstəviyə keçməsinin təşəbbüskarı və icraçısı, ölkəsinin çin ilə münasibətlərinin əsasını qoyan, Vyetnam müharibəsini bitirən Paris sülh müqaviləsini imzalayan siyasətçi kimi tarixə düşüb.

H.Kissincer hazırda “Kissenger Associates” beynəlxalq konsaltinq firmasının rəhbəridir.