Azərbaycanda xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə cərimələr 60 dəfəyədək artırılaraq, 30 min manatadək yüksəldilir.
Milli Məclisdən trend.az-a verilən məlumata görə, bu məsələ yeni hazırlanan İnzibatı Xətalar Məcəlləsinin layihəsinə daxil edilib.
Hazırkı məcələyə əsasən, qanunsuz olaraq, özəl tibbi fəaliyyətlə məşğul olanlar üçün 300 manatdan – 500 manatadək məbləğdə cərimə tətbiq edilir.
Yeni layihəyə görə, lisenziyasız özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər 2000 manatdan – 3000 manatadək, vəzifəli şəxslər 5000 manatdan – 10 000 manatadək, hüquqi şəxslər 20 000 manatdan – 30 000 manatadək cərimələnəcəklər.