Almaniyanın Hamburq şəhərində «Facebook»un ofisini daşa basıblar, pəncərələrin şüşələrini sındırıblar.
Etirazçılar ofis binasının divarına rəngli boya tökərək, ora “Facebook Dislike” sözünü yazıblar.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, hücumun səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib.
Yalnız o məlumdur ki, solçuların «Linksunten» portalında anonim müəlliflər hücumu onların təşkil etdiyini bəyan ediblər. Həmçinin bildiriblər ki, bu «Facebook»un internet məkanında sürətlə yayılmasına etirazdır.