Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qətər üçün bəzi hava yollarını açıb.
Bu sözləri Beynəlxalq Mülki Aviasiya Təşkilatının sözçüsü Antoni Filbin deyib.
“Bunlar arasında müvəqqəti və təcili vəziyyət dəhlizləri də var”, – sözçü bildirib.
Qeyd edək ki, Qətər Mülki Aviasiya İdarəsinin sədri Abdullah bin Nəsir əs-Səbii Qətərə embarqo tətbiq edən ölkələrin hava məkanının tamamilə açılması tələbilə Beynəlxalq Mülki Aviasiya Təşkilatına (BMAT) müraciət etdiklərini açıqlamışdı.
Axar.az