Belçikanın Verve şəhərində güclü partlayış olub. Yaşayış binasında baş verən partlayışda ən azı 15 nəfərin yaralandığı bildirilir.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, partlayış qonşu binalara da zərər vurub. Ətrafdakı binaların sakinləri dərhal təxliyyə olunub.
Partlayışın səbəbi barədə məlumat verilmir. Hadisənin terror aktı olması istisna deyil.